.1. 
əl-Fatihə (Kitabı açan) surəsi
(Məkkədə nazil olmuşdur, 7 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
 
Geri qayitəl-Fatihə (Kitabı açan) surəsi
(Məkkədə nazil olmuşdur, 7 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- Mərhəmətli , rəhmli Allahın adı ilə!
 - Həmd (şükür və tərif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə,
 - (Bu dünyada hamıya) mərhəmətli , (axirətdə isə ancaq möminlərə) rəhmli olana,
 - Haqq-hesab (qiyamət) gününün sahibinə!
 - Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
 - Bizi doğru (düz) yola yönəlt!
 - Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!
 
