.100. 
əl-Adiyat (Qaçan atlar) surəsi
(Məkkədə, bir rəvayətə görə isə Mədinədə nazil olmuşdur, 11 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
 
Geri qayitəl-Adiyat (Qaçan atlar) surəsi
(Məkkədə, bir rəvayətə görə isə Mədinədə nazil olmuşdur, 11 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara;
 - And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara;
 - And olsun sübh çağı hücum edən atlara;
 - And olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardan atlara;
 - Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara ki,
 - İnsan öz Rəbbinə qarşı çox nankordur.
 - Və o özü də buna şahiddir.
 - Həqiqətən, insan var-dövlətə çox hərisdir!
 - Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı;
 - Ürəklərdə olanlar faş ediləcəyi zaman
 - Həmin gün Rəbbi onları (özlərinin bütün əməllərindən) xəbərdar edəcəkdir (cəzalarını verəcəkdir)!
 
