.104. 
əl-Huməzə (Qeybətçi) surəsi
(Məkkədə nazil olmuşdur, 9 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
 
Geri qayitəl-Huməzə (Qeybətçi) surəsi
(Məkkədə nazil olmuşdur, 9 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- (Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına!
 - O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar).
 - Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.
 - Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!
 - Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?!
 - O, Allahın yanar odudur.
 - Elə bir od ki, ürəkləri yandırıb-yaxar.
 - O, belələrinin (qeybətçilərin və tənə vuranların) üzünə qapanıb kilidlənəcəkdir.
 - Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!
 
