.109.
əl-Kafirun (Kafirlər) surəsi
(Məkkədə nazil olmuşdur, 6 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
 
Geri qayitəl-Kafirun (Kafirlər) surəsi
(Məkkədə nazil olmuşdur, 6 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- (Ya Peyğəmbər! Sənə - bir il bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək – deyən müşriklərə) de: “Ey kafirlər!
 - Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm!
 - Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz!
 - Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!
 - Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!
 - Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!”
 
