.95. 
ət-Tin (Əncir) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
 
Geri qayitət-Tin (Əncir) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- And olsun əncirə və zeytuna;
 - And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına;
 - And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki,
 - Biz insanı ən gözəl biçimdə yaratdıq!
 - Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!
 - Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları minnətsiz (saysız-hesabsız) mükafat gözləyir.
 - (Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü) yalan saymağa vadar edən nədir?!
 - Məgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?!
 
