.99.
əz-Zilzal (Zəlzələ) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
 
Geri qayitəz-Zilzal (Zəlzələ) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman;
 - Yer öz yükünü çıxardıb atacağı zaman;
 - İnsan (təəccüblə): “Buna (bu yerə) nə olub?” – deyəcəyi zaman -
 - Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir -
 - Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)!
 - O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar).
 - Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır).
 - Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).
 
